AI Startup of the YearOfficial nominee

LAMIA

ATLM MMC

İnsanlar gündəlik xərcləri, tapşırıqları və xatırlatmaları ayrı-ayrı tətbiqlərdə idarə edir və bu, əlavə vaxt və diqqət tələb edir. LAMIA şəxsi təşkilatlanmanı insanların artıq hər gün istifadə etdiyi WhatsApp-a gətirir. İstifadəçi mətn və ya səsli mesajla xərci bildirə, tapşırıq və xatırlatma yarada, daha sonra xərcləri və fəaliyyətləri barədə təbii dildə xülasə ala bilər. Məhsul işlək vəziyyətdədir və bazara çıxış öncəsi mərhələdədir. ödəniş edən müştərilər hələ yoxdur. İlk bazar Azərbaycandır. LAMIA aşağı giriş baryeri, gündəlik praktik fayda və digər dillərə və bazarlara uyğunlaşdırıla bilən WhatsApp əsaslı interfeys sayəsində İlin AI startapı nominasiyasına uyğundur.

Nomination
AI Startup of the Year
Company
ATLM MMC
Project
LAMIA
Sector
Другое
Stage
Работающий продукт
AI component
LAMIA təbii dildə yazılmış və səsdən mətnə çevrilmiş mesajları anlayaraq istifadəçinin niyyətini və əsas məlumatları - məbləğ, kateqoriya, tarix, tapşırıq və xatırlatma vaxtını - müəyyən edir. AI qeyri-strukturlaşdırılmış gündəlik mesajları strukturlaşdırılmış əməliyyatlara çevirir, uyğun cavab və xülasələr yaradır və söhbətin kontekstini nəzərə alır. Məqsəd istifadəçini mürəkkəb menyular və formalarla işləməkdən azad etməkdir. İstifadəçi nəticəni söhbət daxilində görür və nəzarəti özündə saxlayır.
Impact / results
LAMIA production-ready və pre-launch mərhələsindədir. Hazırda ödəniş edən müştəri yoxdur və istifadəçi, gəlir və ya satış göstəriciləri təqdim edilmir. İlkin aylıq abunə hədəfi təxminən 10 AZN-dir. istifadəçi cəlbetmə xərclərindən əvvəl cari contribution margin təxminən 40%-dir. İlk ölçülə bilən məqsəd Azərbaycanda real istifadəçi davranışı və ödənişə hazırlıq üzrə pilot məlumat toplamaqdır.
Innovation
LAMIA-nın əsas fərqi AI funksiyalarını ayrıca, öyrənilməsi tələb olunan tətbiqə deyil, istifadəçinin artıq gündəlik istifadə etdiyi WhatsApp söhbətinə yerləşdirməsidir. Mətn və səsdən xərclərin strukturlaşdırılması, tapşırıqların və xatırlatmaların idarəsi, eləcə də təbii dildə xülasələr vahid kontekstdə işləyir. Bu yanaşma şəxsi maliyyə və məhsuldarlıq alətləri arasındakı parçalanmanı azaldır və AI-ni daha əlçatan edir.
Connection to Azerbaijan
LAMIA Azərbaycanda yaradılıb və ilk olaraq Azərbaycan bazarı üçün hazırlanır. Məhsul yerli dilə, gündəlik ünsiyyət vərdişlərinə, AZN ilə xərclərin idarəsinə və WhatsApp istifadəsinə uyğunlaşdırılır. Layihənin məqsədi yerli istifadəçilər üçün praktik AI nümunəsi yaratmaq, real bazar nəticələri toplamaq və Azərbaycandan regiona miqyaslana bilən istehlakçı AI məhsulu formalaşdırmaqdır.
Team
1–5 человек
Business model
B2C продукт
Launch date
2026-08

← All nominees