AI Creator of the YearOfficial nominee

Ixtisas az

İxtisas.az ixtisas və karyera seçimini daha asan, aydın və məlumatlı etmək üçün yaradılmış təhsil platformasıdır. Burada ixtisaslar, universitetlər, keçid balları və karyera imkanları haqqında məlumatları bir yerdə tapa, seçimlərini müqayisə edə və özün üçün daha uyğun istiqaməti müəyyənləşdirə bilərsən. Platformada **Aİ ilə ixtisas analizi**, **Aİ karyera məsləhətçisi** və **Aİ chatbot** kimi müasir alətlərdən istifadə edərək ixtisas seçimi prosesini daha fərdi və rahat edirik. ### Nə təklif edirik? * İxtisas və universitet məlumatları * Bala uyğun ixtisas seçimi * Aİ ilə fərdi ixtisas analizi * Aİ karyera məsləhətçisi * Aİ chatbot ilə sual-cavab * Keçid ballarının müqayisəsi * Peşə seçimi testləri * İxtisas və karyera imkanları haqqında məlumatlar * DİM və digər rəsmi mənbələrə əsaslanan məlumatlar Məqsədimiz sadəcə ixtisas haqqında məlumat vermək deyil, **doğru seçim etməyinə və gələcək karyeranı daha düzgün planlamağına kömək etməkdir.**

Nomination
AI Creator of the Year
Sector
Другое
Stage
Монетизированный creator-проект
AI component
Model. Anthropic Claude ailəsi. Əsas model Opus 4.8, qənaət rejimində Sonnet 5. Alqoritm. RAG, yəni axtarışla zənginləşdirilmiş generasiya. Hər sorğudan əvvəl öz bazamızdan real DİM məlumatı çəkilir: abituriyentin balı və qrupu ilə çatdığı 60 ixtisas, üstəgəl balından 5 ilə 40 bal yuxarı olan 15 hədəf variant. Yalnız bu siyahı süni intellektə verilir, ona görə cavablar həmişə real keçid ballarına söykənir. Halüsinasiyaya qarşı üç qat qorunma. Birincisi, sistem göstərişi ilə siyahıdan kənar bal və ya universitet uydurmaq qadağandır. İkincisi, çıxış ciddi sxemlə strukturlaşdırılır və hər tövsiyə üçün real ixtisas kodu tələb olunur, yəni model olmayan ixtisas göstərə bilmir. Üçüncüsü, qrup yoxlaması: model əvvəlcə ixtisasın hansı qrupda olduğunu müqayisə edir və uyğunsuzluğu açıq deyir, məsələn həkimlik dördüncü qrupdadır, sən birinci qrupdasan. Optimallaşdırma. Göstəriş keşləmə, uyğunlaşan düşünmə rejimi və model üzrə ehtiyat keçid. Qənaət rejimi bir hesabatın maya dəyərini təxminən on dəfə azaldır. Məlumat. Öz bazamız: min üç yüzdən çox ixtisas və universitet sətri, hər birində kod, universitet, qrup, dövlət və ödənişli keçid balı, il. Mənbə DİM-in rəsmi sənədləridir, məlumat avtomatik parserlə oxunur, süni intellekt bu mərhələyə qarışmır. İnsanın rolu. Bal bazasını insan yoxlayır və təsdiqləyir, göstərişləri insan yazır, hər generasiya jurnallanır. Süni intellekt son qərarı vermir, yalnız variantları əsaslandırır.
Connection to Azerbaijan
Azərbaycanda abituriyent üçün yaradılmış platformadır. Abituriyent bal analizi, karyera məsləhətçisi, chatbot xidmətlərindən istifadə edə bilirlər
Launch date
2025-09

← All nominees