Private AI Solution of the YearOfficial nominee

HUQUQ AI

Legis Aİ MMC

Multifunksional Huquqai.com platforması istifadəçilərə aşağıdakı funksiyalara malik olmaqla, bu funksiyalara uyğun, qanunvericiliyə müvafiq həlləri təqdim edir: SƏNƏD ANALİZİ – istənilən müqavilələri, hüquqi situasiyaları, məhkəmə qərarlarını və s. təhlil edərək, qanunvericiliyə və məhkəmə təcrübəsinə müvafiq qiymət verir və həllər təqdim edir. MÜQAVİLƏ TƏRTİBATÇIƏSI – istənilən sahə üzrə müqavilələri aktual qanunvericiliyə və məhkəmə təcrübəsinə müvafiq qaydada tərtib edir. PRETENZİYA MƏKTUBU – məhkəmə prosedurlarına başlamazdan öncə cavabdeh tərəflərə qanunauyğun pretenziya məktublarının hazırlanmasını təmin edir. İDDİA ƏRİZƏSİ – məhkəmələrə təqdim olunmaq üçün iddia ərizələrinin qanunvericiliyə və məhkəmə təcrübəsinə müvafiq yazılmasını təmin edir. APPELYASİYA ŞİKAYƏTİ – birinci instansiya məhkəmələrinin vermiş olduğu qərarlardan qanunvericiliyə və məhkəmə təcrübəsinə müvafiq appelyasiya şikayətlərinin hazırlanmasını təmin edir. KASSASİYA ŞİKAYƏTİ – appelyasiya məhkəmələrinin vermiş olduğu qərarlardan qanunvericiliyə və məhkəmə təcrübəsinə müvafiq kassasiya şikayətlərinin hazırlanmasını təmin edir. VƏSATƏT YARADICISI – məhkəmələrdə çıxışlar zamanı vəsatətlərin hazırlanmasını təmin edir. ETİRAZ YARADICISI - məhkəmələrdə çıxışlar zamanı etirazların hazırlanmasını təmin edir. QƏRAR YARADICISI – məhkəmələrdə məhkəmə baxışlarından sonra hakimlərin verəcəyi qanunlara və məhkəmə təcrübəsinə uyğun qərarın hazırlanmasını təmin edir. RÜSUM KALKULYATORU – iddia ərizələrinin xarakterinə müvafiq rüsumları düzgün hesablanmasını təmin edir. HÜQUQİ ÇAT-BOT – istənilən hüquqi situasiyalara uyğun sualları qanunvericiliyə və məhkəmə təcrübəsinə istinad edilməklə cavablandırır, müvafiq həllər təqdim edir. VƏKİL/HÜQUQŞÜNAS TAP – hüquqşünaslarla platformadaxili audio, video zəng.

Nomination
Private AI Solution of the Year
Company
Legis Aİ MMC
Project
HuquqAI HUQUQU PROSESLARIN AI HALLI
Sector
Другое
Stage
Масштабирование
AI component
1. Hüquqi sorğunun anlaşılması (NLP/LLM). Böyük dil modeli (LLM) verilmiş mətni təhlil edərək sorğunun əsl məqsədini müəyyən edir: istifadəçi konkret normanı axtarır, hüquqi vəziyyətə qiymət almaq istəyir, yoxsa sənəd hazırlamaq niyyətindədir. Bununla yanaşı, sorğunun aid olduğu hüquq sahəsi və əsas hüquqi anlayışları aydın edir. Bu mərhələ sonrakı axtarışın istiqamətini və dəqiqliyini müəyyən edir. 2. Hibrid axtarış: açar söz və məna birlikdə. Hüquqşünas bəzən konkret maddə nömrəsini və ya rəsmi termini axtarır, bəzən isə vəziyyəti öz sözləri ilə təsvir edir. HüquqAI bu iki ehtiyacı hibrid axtarış yanaşması ilə qarşılayır. Leksik axtarış (BM25) dəqiq terminlərin, maddə nömrələrinin və qanun adlarının tapılmasını təmin edir. Semantik axtarış isə mətnləri çoxdilli embedding modeli (bge-m3) vasitəsilə vektor formasına çevirir və Qdrant vektor bazasında məna oxşarlığına görə axtarış aparır. 3. Mənbəyə əsaslanan cavab (RAG) Tapılan hüquqi mətnlər retrieval-augmented generation (RAG) yanaşması ilə dil modelinə ötürülür. Model cavabı öz ümumi biliyinə deyil, məhz axtarışda tapılmış Azərbaycan qanunvericiliyi normalarına əsaslanaraq hazırlayır. 4. Hüquqi sənədlərin avtomatik hazırlanması. Platformada sənəd hazırlığı şablon və dəyişənlərin ayrılması prinsipi üzərində qurulub. 5. Texnoloji yığın. Sistemin backend hissəsi FastAPI üzərində qurulub. Semantik axtarış üçün bge-m3 embedding modeli və Qdrant vektor bazası, cavabların generasiyası üçün Gemini dil modeli, sənəd hazırlığı üçün isə, docxtemplater əsaslı şablon mexanizmi istifadə olunur.
Impact / results
25.09.2026-cı il tarixinə - 8000 istifadəçi, 1207 sənəd təhlili, 542 yaradılmış sənəd, 20 sənəd qovluğu, 2000 azn gəlir.
Innovation
Layihə hüquqi keyslərin zəif və güclü tərəflərini təhlil edərək, məhkəmə perspektivini dəyərləndirir, sənədlərə, məhkəmə qərarlarına, qiymət verərək, standartlara uyğun digər məhkəmə instansiyalarına sənədləri hazırlayır, hakimlər üçün məhkəmə qərarlarını hazırlayır, qanunvericiliyə uyğun müqavilələr tərtib edir, hüquqi keyslərin eyni anda bütün müvafiq hüquqşünaslara çatdırılmasını təmin edir, keyslərdə maraqlı olan hüquqşünaslarla platformadan çıxmadan əlaqəni (mesajlaşma, audio və video zəngləşməni təmin edir)
Connection to Azerbaijan
Komanda 5 nəfərdən ibarət olmaqla, gələcəyə rəğmən əsas hədəfimiz - süni intellektin və innovativ alqoritmlərin imkanlarından istifadə edərək, rəqəmsal regional və qlobal aktual hüquqi bazanı yaradaraq platformaya tətbiq etmək, bununla da qlobal investisiyaların hərəkətinə aktual hüquqi yardım göstərməkdir. Həmçinin, lokal bazarda əhalinin bütün təbəqələrinə hüquqi mariflənmədə və hüquqi sualların həllində operativ yardım, o cümlədən, hüquqşünaslara, vəkillərə, hakimlərə müxtəlif hüquqi sənəd və qararların hazırlanmasında vaxt itgilərinin qarşısının alınması əsas hədəflərimizdəndir.
Team
1–5 человек
Business model
B2B2C модель
Launch date
2026-07

← All nominees