Aynam App
WebMaVie
Problem: Müasir dövrdə sürətli həyat tərzi, məlumat bolluğu və daimi rəqabət insanlarda stress, tükənmə (burnout) və özünü dərk etmə problemlərini artırır. İnternetdəki ənənəvi psixoloji testlər insanlara yalnız standart və şablon nəticələr verir, fərdi yanaşma təmin edə bilmir. Peşəkar terapiya isə çox vaxt bahalı və əlçatmaz olur. Həll: Aynam App qabaqcıl süni intellekt (AI) texnologiyalarından istifadə edən yeni nəsil psixologiya və wellbeing platformasıdır. Tətbiq ənənəvi variantlı testləri bir kənara qoyur. AI istifadəçinin sərbəst mətnli cavablarını və sətiraltı mənaları təhlil edərək unikal psixoloji profil yaradır. "Böyük Beşlik", sevgi dili, karyera kompası kimi modullarla yanaşı, istifadəçiyə diaqnoz deyil, gündəlik həyatda tətbiq edə biləcəyi 3 praktiki psixoloji həll təklif edir. Hədəf auditoriyası: Şəxsi inkişafla maraqlanan, mental sağlamlığını qorumaq istəyən, karyera və münasibətlərində daha sağlam qərarlar verməyi hədəfləyən bütün smartfon istifadəçiləri. Cari statusu: Aynam App hazırda aktiv fəaliyyət göstərən, istifadəçilər tərəfindən yüklənən və real vaxt rejimində fərdi psixoloji analizlər, gündəlik motivasiya mesajları təqdim edən işlək bir mobil həlldir. Niyə nominasiyaya layiqdir: Aynam App HealthTech sahəsində innovativ və unikal konseptdir. Layihə süni intellekti sadəcə bir "çat" aləti olmaqdan çıxarıb, insanların mental rifahını yaxşılaşdıran fərdi rəqəmsal bələdçiyə çevirir. Müasir texnologiyanı insan psixologiyası və rifahı ilə birləşdirən bu tətbiq, cəmiyyətin mental sağlamlığına birbaşa müsbət təsir etdiyi üçün bu nominasiyaya tam layiqdir.
- Nomination
- AI Startup of the Year
- Company
- WebMaVie
- Project
- Aynam App
- Sector
- HealthTech / медицина / wellbeing
- Stage
- Работающий продукт
- AI component
- Aynam App-in əsas analiz mühərriki kimi Təbii Dilin Emalı (NLP) və İri Dil Modellərindən (LLM) istifadə olunur. Tətbiq ənənəvi "əgər A seçilərsə, nəticə B-dir" (deterministik) alqoritmlərindən fərqli olaraq, generativ AI agenti kimi fəaliyyət göstərir. İstifadəçilər testlərdə həm hazır variantları seçir, həm də sərbəst mətndə öz düşüncələrini yazırlar. Bu datalar xüsusi dizayn edilmiş promt mühəndisliyi vasitəsilə AI modelinə ötürülür. Model sətiraltı mənaları, emosional tonu və psixoloji markerləri aşkarlayır. Proses tam avtomatlaşdırılıb: məlumat API vasitəsilə anında işlənir və istifadəçiyə kompleks psixoloji hesabat qaytarılır. İnsanın (istifadəçinin) rolu sadəcə səmimi datanı təmin etməkdir, AI isə rəqəmsal psixoloq rolunda çıxış edərək dərin, fərdiləşdirilmiş analiz və xüsusi inkişaf planı generasiya edir.
- Impact / results
- Aprel 2026-cı ildə ictimaiyyətə təqdim edilən Aynam App heç bir ödənişli reklam büdcəsi (Google, Meta və s.) olmadan, tamamilə orqanik yolla böyümüşdür. Bu qısa müddət ərzində platformada 150-yə yaxın aktiv istifadəçi tərəfindən 230-dan çox kompleks psixoloji test həll edilib. Ən böyük uğur metrikamız istifadəçilərin dərin analizlərə göstərdiyi maraqdır: Həll edilən testlər içərisində 70-dən çox "Premium analiz" kilidi açılıb. Bu göstərici sübut edir ki, istifadəçilər sadəcə səthi nəticələrlə kifayətlənmir və AI-nin formalaşdırdığı daha dərin, fərdiləşdirilmiş hesabatlara xüsusi maraq göstərirlər. Üstəlik sıfır marketinq büdcəsinə rəğmən artıq real orqanik satışların baş tutması modelin düzgün işlədiyini göstərir. Texniki təsir baxımından arxitekturanın stabilliyi tamdır – sistemdə "AI Xəta Sayı" 0 olaraq qeydə alınır. İctimai effekt olaraq layihə göstərdi ki, insanlar mental rifahları üçün əlçatan və fərdi AI bələdçisinə ehtiyac duyur.
- Innovation
- Aynam App-i standart tətbiqlərdən fərqləndirən əsas amil yanaşma tərzidir. Standart psixologiya testləri istifadəçini müəyyən qəliblərə (məsələn: sən introvertsən) salır. Aynam App isə dinamikdir. Fərdi LLM yanaşması ilə sizin o an ki mənəvi vəziyyətinizi analiz edir və dünyada yalnız sizə aid olan bir mətn generasiya edir. Texnoloji fərq: İstifadəçinin sərbəst mətndəki "gizli" emosiyalarını oxuya bilməsidir. Məhsul fərqi: Sadəcə xarakter analizi vermir, nəticəyə uyğun olaraq "Bu gün nə etməlisən?" sualına 3 addımlıq fərdi, icra edilə bilən həll təqdim edir. Sosial fərq: Tətbiq adətən əlçatmaz və ya bahalı hesab olunan fərdi psixoloji bələdçilik xidmətini demokratikləşdirərək hər kəsin cibinə (smartfonuna) gətirir.
- Connection to Azerbaijan
- Aynam App ideya və potensial baxımından qlobal bazarı hədəfləyən bir məhsuldur. Lakin bir azərbaycanlı olaraq bu layihəni ölkəmizin AI ekosisteminin bir parçası kimi inkişaf etdirməyə xüsusi önəm verirəm. Layihənin arxasında heç bir böyük şirkət və ya komanda dayanmır. Bütün ideya, kodlaşdırma, AI inteqrasiyası və dizayn tamamilə fərdi şəkildə (təkbaşına) tərəfimdən icra edilir. Bir azərbaycanlı mütəxəssis olaraq əsas hədəfim "Made in Azerbaijan" imzasını qlobal HealthTech bazarında təmsil etmək və sübut etməkdir ki, ölkəmizdən də qlobal rəqabətə tab gətirəcək, real və işlək süni intellekt məhsulları çıxa bilər. Eyni zamanda, tətbiq yerli auditoriyamız üçün də tam əlçatandır və insanlarımızın emosional zəkasını inkişaf etdirməsinə, daxili potensiallarını kəşf etməsinə kömək edərək cəmiyyətimizə fayda verir.
- Team
- 1–5 человек
- Business model
- B2C продукт
- Launch date
- 2026-04