Meyor Ai
Meyor
Meyor AI biznes analitikləri (BA), məhsul sahibləri (PO), layihə menecerləri (PM) və proseslərlə işləyən mütəxəssislərin işini daha sürətli, strukturlaşdırılmış və intuitiv etmək məqsədi ilə inkişaf etdirilən süni intellekt əsaslı platformadır. Layihənin ilkin mərhələsi BPMN proseslərinin AI dəstəyi ilə yaradılması və vizuallaşdırılması üzərində qurulub. Platforma istifadəçinin dağınıq ideya, məlumat və tələblərini strukturlaşdırılmış biznes prosesinə çevirməyə kömək edir. Meyor müxtəlif mənbələrdən PDF, PNG, JPG, JPEG, PPTX və BPMN formatlarında məlumat və proseslərin import edilməsini dəstəkləyir. Hazırlanmış BPMN modelləri isə BPMN XML (.bpmn), SVG (.svg) və PNG (.png) formatlarında export edilə bilir. Meyor-un əsas məqsədi yalnız proses diaqramı yaratmaq deyil, istifadəçinin ilkin ideyadan strukturlaşdırılmış və işlək biznes prosesinə keçidini təmin etməkdir. Növbəti inkişaf mərhələlərində proseslərin sənədləşdirilməsi, tələblərin formalaşdırılması və idarə edilməsi, proses məlumatlarının sistemli şəkildə işlənməsi və müxtəlif mərhələlərin vahid iş axınında birləşdirilməsi nəzərdə tutulur. Meyor-un uzunmüddətli vizyonu sadə BPMN modelləşdirmə alətindən daha genişdir: proses haqqında ilk fikirdən başlayaraq onun strukturlaşdırılması, modelləşdirilməsi, sənədləşdirilməsi, tələblərə çevrilməsi və gələcəkdə rəqəmsal iş axınına və avtomatlaşdırmaya hazırlanmasına qədər vahid mühit yaratmaqdır. Bu yanaşma prosesin müxtəlif mərhələləri arasında məlumat itkisini azaltmağı və ideyadan tətbiq oluna bilən həllə qədər olan yolu daha sistemli etməyi hədəfləyir.
- Nomination
- AI Startup of the Year
- Company
- Meyor
- Project
- Meyor Ai
- Sector
- Другое
- Stage
- MVP
- AI component
- Meyor AI biznes analitiklərinin və proseslərlə işləyən mütəxəssislərin işini sürətləndirmək və strukturlaşdırmaq üçün süni intellektdən istifadə edir. İlkin mərhələdə AI istifadəçinin verdiyi proses məlumatlarını və təbii dildə təsvir etdiyi ideyaları analiz edərək BPMN proseslərinin yaradılmasına və vizuallaşdırılmasına kömək edir. AI prosesdəki əsas fəaliyyətləri, iştirakçıları, qərar nöqtələrini və proses axınını müəyyənləşdirərək strukturlaşdırılmış proses modelinin formalaşdırılmasını dəstəkləyir. İstifadəçi nəticəni nəzərdən keçirir və redaktə edir. Növbəti inkişaf mərhələlərində AI imkanlarının proseslərin sənədləşdirilməsi, tələblərin formalaşdırılması və proses məlumatlarının sistemli şəkildə işlənməsində də istifadə edilməsi nəzərdə tutulur.
- Impact / results
- Meyor hazırda aktiv istifadə mərhələsində olan məhsuldur və platformada 25 istifadəçi qeydiyyatdan keçib. Onlardan 15-i aktiv istifadəçidir. Layihənin əsas təsiri BA, PO, PM və proseslərlə işləyən digər mütəxəssislərin proseslərin yaradılması və strukturlaşdırılması üçün sərf etdiyi vaxtı azaltmaq və işi daha sistemli etməkdir. Mövcud nəticələrə 25 qeydiyyatdan keçmiş istifadəçi, 14 aktiv istifadəçi və platformadan real istifadə daxildir. Növbəti mərhələdə istifadəçi sayının, aktiv istifadəçilərin, yaradılan proseslərin və AI funksiyalarından istifadənin artırılması, həmçinin proseslərin hazırlanmasına sərf olunan vaxtın azalmasının ölçülməsi planlaşdırılır. Bu göstəricilər Meyor-un real istifadə və məhsuldarlıq təsirinin qiymətləndirilməsi üçün əsas KPI-lar olacaq.
- Innovation
- Meyor-un yeniliyi AI-ni yalnız ayrıca bir funksiya kimi deyil, proses üzərində görülən işin əsas hissəsinə inteqrasiya etməsidir. İstifadəçi dağınıq ideya, məlumat və tələblərlə başlayaraq AI dəstəyi ilə strukturlaşdırılmış BPMN prosesinə keçə bilir. Platformanın inkişaf vizyonu bununla məhdudlaşmır: prosesin modelləşdirilməsi ilə yanaşı sənədləşdirilməsi, tələblərin formalaşdırılması və idarə edilməsi də eyni mühitdə birləşdirilir. PDF, şəkil, PPTX və BPMN kimi müxtəlif formatlardan məlumat qəbul edilməsi isə mövcud materialların prosesə daxil edilməsinə imkan verir. Beləliklə, Meyor-un yanaşması ayrı-ayrı alətlər arasında məlumat ötürmək əvəzinə ideyadan strukturlaşdırılmış prosesə və gələcəkdə rəqəmsal iş axınına qədər vahid mühit yaratmağa yönəlib.
- Connection to Azerbaijan
- Meyor Azərbaycanda inkişaf etdirilən AI əsaslı texnoloji məhsul kimi yerli biznes və dövlət sektorunda proseslərin rəqəmsallaşdırılması ehtiyacına cavab verməyi hədəfləyir. Dövlət qurumlarında iş proseslərinin təhlili, təsviri və vizuallaşdırılmasında BPMN yanaşmasından istifadə nümunələri mövcuddur. Azərbaycanda BPMN üzrə ISO/IEC 19510:2013 standartının aktiv standart kimi qəbul edilməsi proses modelləşdirməsinin əhəmiyyətini göstərir. Bu kontekstdə Meyor AI imkanlarını BPMN modelləşdirməsi ilə birləşdirərək proseslərin daha sürətli və sistemli yaradılmasına kömək edir. Platforma dövlət qurumları, şirkətlər və digər təşkilatlarda proseslərin təsviri və strukturlaşdırılması üçün yerli texnoloji həll kimi inkişaf etdirilir. Uzunmüddətli məqsəd Meyor-u Azərbaycandan beynəlxalq bazara çıxarmaqdır.
- Team
- 1–5 человек
- Business model
- B2B SaaS / лицензирование
- Launch date
- 2026-09