AI-стартап годаОфициальный номинант

TENDERYARD

TENDERYARD MMC

- Ağıllı Bildiriş Sistemi. Alış elanlarına uyğun Satış elanları, Satış elanlarına isə, uyğun Alış elanları sistem tərəfindən müəyyənləşdirilir, ağıllı bildiriş sistemi tərəflərə (alıcı və satıcıya) bu barədə bildiriş göndərməklə, alıcı və satıcını əlaqələndirir. Bu xüsusiyyət, insanları müxtəlif platformaların axtarış sistemlərindəki vaxt itgisindən azad etmiş olur. - Kateqoriyasız Elan. Tətbiq edilmiş texnologiya, elan predmetinə görə aid olduğu kateqoriyanı avtomatik olaraq müəyyən edir. Belə bir yenilik, insanlarımızı elan yaradarkən, elanının aid olduğu kateqoriyanı müəyyən etmə çətinliyindən azad etmiş olur. - Toplu Elan (EXCEL ilə). Pərakəndə və topdan satış müəssisələri satdıqları və aldıqları minlərlə adda mal və məhsullar üzrə elanları bir anda toplu şəklində (məhsul siyahısı üzrə) yarada bilərlər. Bu zaman, həmin mal və məhsulların təsvir və şəkilləri tətbiq edilmiş süni intellekt tərəfindən avtomatik olaraq yaradılmış olur. - Süni İntellektlə Elan. Süni intellektlə elan yaradarkən, platformada məhsul xüsusiyyətlərinə aid xanaların doldurulmasına ehtiyac qalmır. Bir cümlədə ifadə olunmuş bütün xüsusiyyətlər, elanı avtomatik olaraq yaradır. Məhsulun xüsusiyyətinə görə şəkli, şəklinə görə isə, xüsusiyyətləri sistem tərəfindən avtomatik olaraq müəyyən edilir. Belə bir xüsusiyyət, istifadəçilərə yalnız şəkil əsasında elan yaratmaq imkanı da verir. - Tətbiqdaxili messencer sistemi (müsajlaşma, audio və video zəng) - Linklə elan yarat - Qrammatik Redaktə Düyməsi. - Filtrlə və bildiriş al. - Reels (Video) Elan. - Səslə və Şəkillə axtarış - Qlobal Bazarlar Üzrə Axtarış Motoru. - Qiymət təyinatı.

Номинация
AI-стартап года
Компания
TENDERYARD MMC
Проект
B2B B2C ALISH VA SATISH ELANLARININ AI UYGUNLASHDIRMASI AI ELAN TATBIQDAXILI MESAJLASHMA AUDIO VA VIDEO ZANG
Сфера
RetailTech / e-commerce / marketplace
Стадия
Масштабирование
AI-компонент
TenderYard-da süni intellekt bir neçə mərhələdə istifadə olunur. NLP/LLM komponentləri istifadəçinin sərbəst yazdığı mətni anlayır, məqsədi müəyyən edir və elanı strukturlaşdırır: başlıq, təsvir, kateqoriya, qiymət, valyuta, ünvan, əlaqə məlumatları və məhsul xüsusiyyətləri avtomatik çıxarılır. Sistem mətnin alış, satış/təklif və ya qeyri-müəyyən niyyət daşıdığını ayrıca müəyyən edə bilir. Axtarışda embedding və vektor axtarışı tətbiq olunur. Buna görə nəticələr yalnız eyni açar sözə görə deyil, məna və məhsul uyğunluğuna görə tapılır. Eyni yanaşma kateqoriya seçimi, elanların uyğunlaşdırılması, videoların məzmun üzrə axtarışı və vizual oxşar elanların tapılmasında istifadə olunur. CV/multimodal komponentləri şəkil və videonu analiz edərək məhsulu, kateqoriyanı, rəng, marka, ölçü və digər xüsusiyyətləri müəyyən edir. Media üçün moderasiya yoxlaması aparılır. Şəkil keyfiyyəti lazım olduqda məhsulu dəyişmədən işıqlandırma, səs-küy və kəskinlik baxımından yaxşılaşdırılır. Elan başlığı və təsviri Azərbaycan, ingilis və rus dillərinə avtomatik tərcümə olunur, yazım və qrammatik səhvlər düzəldilir. Səsli axtarış və elan diktəsi speech-to-text vasitəsilə real vaxtda mətnə çevrilir. Avtomatlaşdırma tərəfində yeni məlumatlar periodik indekslənir və axtarış üçün əvvəlcədən hazırlanır. İnsan rolu biznes qaydalarının, moderasiya meyarlarının və kateqoriya uyğunluqlarının müəyyənləşdirilməsi, səhv və xüsusi halların yoxlanması, lazım olduqda manual düzəlişlərin verilməsi və sistem nəticələrinin nəzarətdə saxlanmasıdır.
Влияние / результаты
Faktiki olaraq may 2026-cı ildən etibarən aktiv bazara təqdil olunduqdan sentyabr 2026-cı il tarixinədək 7500 istifadəçi, 63000 elan mövcuddur.
Инновация
Məlum olduğu kimi, indiyədək azərbaycan və qlobal bazarlara təqdim olunmuş elan saytları (marketplacelər), yalnız satış elanlarını özündə əks etdirir. Tenderyard platformasının yaradılmasında ilkin məqsəd isə, istifadəçilərə alış elanları yaratmaq imkanının verilməsi idi. Belə ki, alış elanları mövcud olan bir platformaya satıcılar avtomatik olaraq platforma istifadəçisinə çevrilmək üçün maraq göstərəcəkdi. Platformaya tətbiq edilmiş innovativ süni zəka alətləri isə, alıcı və satıcıları bir-birinə uyğunlaşdıraraq hər iki tərəfə bu barədə bildiriş göndərəcək və tərəflər tətbiqdən çıxmadan, qarşı tərəflərin telefon nömrələrini bilməsələr belə, tətbiqdaxili mesajlaşa, audio və video zəngləşə bilməli idilər. İlkin olaraq bu ideya əsasında formalaşan platforma, sonradan digər yeni funksionallıqları da inkişaf etdirərək özünə birləşdirdi. Hazırda platformaya tətbiq edilmiş bütün funksionallıqlar cəmiyyətin bütün təbəqələrini müxtəlif axtarış saytlarında vaxt, resurs itgisindən azad etməkdədir. Belə ki, platformada axtarılan məhsul, iş, xidmət üzrə 1 alış elanının yaradılması kifayətdir ki, həm yerli bazar, həm də qlobal bazarlar üzrə təkliflər dəyərləndirilə bilsin.
Связь с Азербайджаном
Azərbaycan vətəndaşlarından ibarət 12 nəfərlik komandaya malik olmaqla, hazırda qlobal bazar üçün də maraqlı bir layihə kimi təqdim olunmaq üçün yeni süni intellekt alətlərinin tətbiqi üzərində çalışılmaqdadır.
Команда
6–15 человек
Бизнес-модель
B2B2C модель
Дата запуска
2026-01

← Все номинанты