Luhive
ABLARVA LLC
İnsanlar bir tətbiqə qoşulur və ya tədbirə gəlir, amma onlarla əlaqəni davam etdirmək çox vaxt komandanın əl işindən asılı qalır. Qeydiyyatlar bir yerdə, iştirak məlumatları başqa yerdə, göndərilən mesajlar isə ayrı alətdə saxlanılır. Komanda kimin geri qayıtdığını, kimin uzaqlaşdığını və kimə nə göndərməli olduğunu anlamaq üçün bu məlumatları özü birləşdirməli olur. Luhive bu əlaqənin davamlı olmasına kömək edir. İstifadəçi və ya üzv haqqında məlumatlar, onun fəaliyyəti və əvvəlki əlaqələr bir yerdə toplanır. Bu tarixçə komandaya insanları daha yaxşı tanımaq, uyğun qruplara faydalı mesajlar göndərmək və həmin mesajların nəticəsini izləmək üçün əsas verir. Məqsəd daha çox mesaj göndərmək deyil, insanın ehtiyacına uyğun vaxtda ona faydalı olmaqdır. Luhive icma təşkilatçıları üçün tədbir və üzv idarəetməsi ilə başlayıb. Hazırda eyni yanaşmanı istifadəçiləri ilə davamlı əlaqə qurmaq istəyən kiçik tətbiq və məhsul komandalarına da uyğunlaşdırırıq. İlk ödəniş edən müştərimiz olan Enverson ilə bu istiqamətdə işləyirik. Layihənin dəyəri hər yeni qeydiyyatı ayrıca siyahıda saxlamaq əvəzinə, zamanla daha faydalı olan insan tarixçəsi yaratmasıdır. Beləliklə, əlaqəni davam etdirmək tək bir əməkdaşın yaddaşından asılı qalmır və komanda növbəti addımını əvvəlki təcrübəyə əsasən seçə bilir.
- Номинация
- AI-стартап года
- Компания
- ABLARVA LLC
- Проект
- Luhive
- Сфера
- MediaTech / медиа / контент
- Стадия
- Действующая компания / устойчивый бизнес
- AI-компонент
- Luhive-in süni intellekt imkanlarını komandanın məlumatdan faydalı növbəti addıma keçməsinə kömək etmək üçün hazırlayırıq. Tədbirlərdə iştirak, qeydiyyatlar və əvvəlki əlaqələr əsasında rəhbərin gündəlik suallarına cavab verməyi hədəfləyirik: hansı üzvlərlə əlaqə zəifləyir, kimə hansı tədbir maraqlı ola bilər və yenidən əlaqə qurmaq üçün nə demək faydalıdır? Planlaşdırılan AI komponenti bu tarixçəni şərh edərək üzv qrupları haqqında qısa izahlar, uyğun ünsiyyət təklifləri və mesaj qaralamaları hazırlayacaq. Məsələn, əvvəllər fəal olub son tədbirlərə qatılmayan üzvlər üçün uyğun dəvət təklif edə biləcək. Beləliklə, komanda siyahıları tək-tək araşdırmağa daha az vaxt sərf edib, insanlarla əlaqənin keyfiyyətinə daha çox diqqət ayıra biləcək. Bu imkanlar hazırda planlaşdırma və inkişaf mərhələsindədir. İştirakın sayılması və məlumatların qaydalarla süzülməsi ilə AI-nin tarixçəni şərh etməsini ayrı qiymətləndiririk. İstifadə ediləcək model, məlumatların işlənməsi və mesajların təsdiq prosesi texniki tətbiq zamanı dəqiqləşdiriləcək. Nəticəni isə təkliflərin faydalılığı və həmin ünsiyyətdən sonra insanların geri qayıtması ilə yoxlamağı planlaşdırırıq.
- Влияние / результаты
- Hazırda Luhive-dən 1800 insan və 30 icma istifadə edir. Platforma üzərindən 40 tədbir təşkil olunub. Bu istifadə təşkilatçılara qeydiyyatları və iştirak məlumatlarını bir yerdə toplamaq, növbəti tədbirdə əvvəlki əlaqələrə əsaslanmaq üçün imkan yaradır. Platformadan istifadə edən icmalar arasında Enhance Azerbaijan, Azerbaijan Startup Community və Cursor Baku var. Luhive bu komandalar üçün tək bir tədbirin idarə olunmasından daha geniş məqsəd daşıyır: üzvlərlə əlaqəni tədbirlər arasında da davam etdirmək. İlk ödəniş edən müştərimiz Enverson olub. İlk ödəniş 18 avqust 2026-cı ildə daxil olub və aylıq 60 ABŞ dolları məbləğində, 12 aylıq abunə razılaşdırılıb. Bu əməkdaşlıq Luhive-in icmalarla yanaşı, istifadəçiləri ilə davamlı əlaqə qurmaq istəyən məhsul komandaları üçün də kommersiya potensialını göstərir.
- Инновация
- Luhive-in yanaşması insan haqqında məlumatı onunla əlaqə qurmaq üçün istifadə etməkdir. Tədbir qeydiyyatı və ya tətbiqdəki fəaliyyət ayrı bir sətir kimi qalmır, həmin insanın tarixçəsinin bir hissəsinə çevrilir. Komanda bu tarixçəyə əsasən kimə hansı mesajın faydalı olacağını seçə və sonra nəticəni izləyə bilir. Bu yanaşmanı kiçik komandalar üçün əlçatan etmək istəyirik. Ayrı siyahıları hər dəfə əl ilə birləşdirmək əvəzinə, komanda əvvəlki işinin üzərinə yenisini qura bilir. İcma təşkilatçısı üçün bu, növbəti tədbirə uyğun insanları dəvət etmək və tətbiq komandası üçün isə istifadəsi azalan insanla əlaqəni yenidən qurmaq deməkdir.
- Связь с Азербайджаном
- ehtiyaclarıdır. Enhance Azerbaijan, Azerbaijan Startup Community və Cursor Baku kimi icmalarla təcrübə bizə təşkilatçıların üzvlərlə əlaqəni necə qurduğunu və bu prosesin harada çətinləşdiyini görməyə imkan verib. Yaratmaq istədiyimiz fayda yerli komandaların tədbirdən və ya ilk qeydiyyatdan sonra insanlarla əlaqəni itirməməsidir. Məqsəd Azərbaycanda formalaşan bu təcrübəni başqa bazarlardakı oxşar ehtiyaclara da tətbiq etməkdir.
- Команда
- 1–5 человек
- Бизнес-модель
- B2B SaaS / лицензирование
- Дата запуска
- 2025-08