Hostinq Azərbaycan ilk ai dəstəkləyən hostinq provayderi
Atropatena Holding MMC
Problem. Azərbaycanda kiçik və orta biznesin böyük hissəsi saytını və korporativ e-poçtunu xarici provayderlərdə saxlayır. Məlumat ölkədən kənarda qalır, dəstək yad dildə və fərqli saat qurşağında olur, ödəniş və sənədləşmə yerli tələblərə uyğun gəlmir. Sahibkar texniki problemlə üzləşəndə ingiliscə yazıb saatlarla cavab gözləyir. Həll. Hostinq.az 2008-ci ildən veb hostinq, VPS və server, korporativ e-poçt və domen qeydiyyatını bir platformada birləşdirir. Serverlər həm Azərbaycanda, həm Avropadadır, müştəri saytının harada yerləşəcəyini özü seçir. İnfrastruktur NVMe disklər və LiteSpeed üzərində qurulub, idarəetmə cPanel ilədir. Köhnə hostinqdən pulsuz köçürmə, gündəlik yedəkləmə, pulsuz SSL və CDN bütün paketlərə daxildir. Hədəf auditoriya. İlk saytını qurmağa başlayan sahibkarlar, veb studiyalar, onlayn mağazalar və öz domeni altında korporativ e-poçta ehtiyacı olan şirkətlər. Cari status. 850-dən çox aktiv müştəri, 350-dən çox şirkət, öz müştəri paneli, avtomatik qurulum, onlayn ödəniş və faktura sistemi. Bu il sifariş axını tam yenidən quruldu: paket, müddət və domen seçimi bir səhifədə birləşdirildi, uzunmüddətli paketlərdə qənaətin məbləği açıq göstərilir. Niyə nominasiyaya layiqdir. Hostinq.az rəqəmsal infrastrukturun ölkə daxilində qalması üçün real alternativ yaradır: Azərbaycan lokasiyası, doğma dildə canlı dəstək, yerli hüquqi çərçivə və manatla şəffaf qiymət. Brend Birləşmiş Ərəb Əmirliklərində hostinq.ae ilə xaricə də çıxıb, yəni Azərbaycanda qurulan xidmət artıq ixrac olunur.
- Номинация
- AI-стартап года
- Компания
- Atropatena Holding MMC
- Проект
- Hostinq Provayderi
- Сфера
- Другое
- Стадия
- Действующая компания / устойчивый бизнес
- AI-компонент
- Hostinq.az öz modelini satmır. Bizim komponentimiz süni intellektin üzərində işlədiyi infrastruktur qatıdır və o qat Azərbaycandadır. 1. AI iş yükləri üçün server. VPS və dedicated serverlərdə tam root icazəsi var: müştəri Llama, Whisper, embedding və ya öz fine-tune etdiyi modeli quraşdırıb işlədir. Ağır yüklər, model təlimi və render üçün ayrıca dedicated konfiqurasiya ayrılır. NVMe disklər vektor bazaları və embedding indeksləri üçün, uzun ömürlü proseslər və WebSocket dəstəyi isə cavabın token-token axını üçün açıqdır. Xarici model API-lərinə çıxış bloklanmır. 2. AI ilə qurulmuş saytların hostinqi. v0, Lovable, Bolt kimi alətlərlə yığılan Next.js və React layihələri bizdə yerləşdirilir. Node.js runtime, build prosesi, domen və SSL quraşdırılması, köhnə yerdən pulsuz köçürmə daxildir. Saytımızda bu seqment üçün ayrıca bölmə var: "AI ilə yığdın? Bizdə host et". 3. Məlumatın ölkə daxilində qalması. AI tətbiqi istifadəçi məlumatını emal edirsə, müştəri Azərbaycan lokasiyasını seçib məlumatı ölkədən çıxarmaya bilər. Xarici bulud provayderlərində bu seçim yoxdur. 4. İnsanın rolu. Modeli və alqoritmi müştəri seçir. Biz quraşdırmanı, təhlükəsizliyi, gündəlik yedəkləməni, monitorinqi və miqrasiyanı öz üzərimizə götürürük. Nəticədə kiçik komanda ayrıca DevOps mütəxəssisi tutmadan AI layihəsini canlıya çıxarır. Açıq yazırıq: model öyrətmək bizim işimiz deyil. Bizim payımız o infrastrukturu Azərbaycanda, doğma dildə dəstəklə və manatla əlçatan etməkdir. Bu, ölkədə AI məhsulu qurmağın maya dəyərini və giriş həddini aşağı salır.
- Влияние / результаты
- Hostinq.az öz modelini satmır. Bizim komponentimiz süni intellektin üzərində işlədiyi infrastruktur qatıdır və o qat Azərbaycandadır. 1. AI iş yükləri üçün server. VPS və dedicated serverlərdə tam root icazəsi var: müştəri Llama, Whisper, embedding və ya öz fine-tune etdiyi modeli quraşdırıb işlədir. Ağır yüklər, model təlimi və render üçün ayrıca dedicated konfiqurasiya ayrılır. NVMe disklər vektor bazaları və embedding indeksləri üçün, uzun ömürlü proseslər və WebSocket dəstəyi isə cavabın token-token axını üçün açıqdır. Xarici model API-lərinə çıxış bloklanmır. 2. AI ilə qurulmuş saytların hostinqi. v0, Lovable, Bolt kimi alətlərlə yığılan Next.js və React layihələri bizdə yerləşdirilir. Node.js runtime, build prosesi, domen və SSL quraşdırılması, köhnə yerdən pulsuz köçürmə daxildir. Saytımızda bu seqment üçün ayrıca bölmə var: "AI ilə yığdın? Bizdə host et". 3. Məlumatın ölkə daxilində qalması. AI tətbiqi istifadəçi məlumatını emal edirsə, müştəri Azərbaycan lokasiyasını seçib məlumatı ölkədən çıxarmaya bilər. Xarici bulud provayderlərində bu seçim yoxdur. 4. İnsanın rolu. Modeli və alqoritmi müştəri seçir. Biz quraşdırmanı, təhlükəsizliyi, gündəlik yedəkləməni, monitorinqi və miqrasiyanı öz üzərimizə götürürük. Nəticədə kiçik komanda ayrıca DevOps mütəxəssisi tutmadan AI layihəsini canlıya çıxarır.
- Инновация
- Yerli bazarda hakim model budur: xarici provayderdən server icarəyə götürülür, üzərinə hazır panel qoyulur, hər şey ölkədən kənarda qalır. Xarici nəhənglərdə isə Azərbaycan dili, manat, VÖEN-li faktura və ölkə daxilində data lokasiyası yoxdur. Müştəri ya yerli, amma zəif ya güclü, amma yad xidmət arasında seçim edir. Fərqimiz bu seçimi aradan qaldırmaqdır. Lokasiya müştərinin əlindədir. Eyni paneldən Azərbaycan və ya Avropa seçilir. Məlumatın ölkədə qalması texniki olaraq mümkündür, bu isə dövlət və maliyyə sahəsinə işləyən AI layihələri üçün şərtdir. AI layihələrinə açıq platforma. Yerli bazar hələ də əsasən WordPress ətrafındadır. Biz Node.js, tam root icazəsi, uzun ömürlü proseslər və model API-lərinə maneəsiz çıxışı standart etdik v0, Lovable, Bolt ilə yığılan layihələr üçün ayrıca yerləşdirmə axını qurduq. Məhsul bizim əlimizdədir. Sifariş axını bu il sıfırdan yazıldı: paket, müddət və domen bir səhifədə birləşdi, uzunmüddətli seçimdə qənaətin manatla məbləği açıq göstərilir. Platformanın interfeysi Azərbaycan dilinə çevrildi. İxrac. Eyni stek üzərində hostinq.ae ilə BƏA-da işləyirik. Azərbaycanda qurulan hostinq məhsulunun xaricdə satılması yerli bazarda nadir haldır.
- Связь с Азербайджаном
- Komanda, şirkət və serverlər Azərbaycandadır. Fəaliyyət rəsmi qeydiyyatlıdır, VÖEN 1904134442, fakturalar manatla verilir. İstifadəçilər: 850-dən çox aktiv müştəri, 350-dən çox şirkət. Veb studiyalar, onlayn mağazalar, korporativ e-poçt istifadə edən şirkətlər və ilk saytını quran sahibkarlar. AI ekosisteminə töhfə. Azərbaycanda AI məhsulu qurmaq istəyən tələbə, startap və kiçik komanda üçün əsas maneə infrastrukturdur: xarici bulud dollarla hesab, sənədsiz faktura və ölkədən kənar data deməkdir. Biz həmin qatı yerliləşdiririk. Tam root icazəli server, Azərbaycan lokasiyası, manatla ödəniş və doğma dildə texniki dəstək bir yerdədir. Nəticədə AI layihəsi ayrıca DevOps mütəxəssisi tutmadan canlıya çıxır. Dil və bilik. Platformanın interfeysini Azərbaycan dilinə çeviririk, saytda 150-dən çox məqaləlik texniki bilik bazası var. Brendin ixracı. hostinq.ae ilə eyni stek BƏA-da işləyir.
- Команда
- 1–5 человек
- Бизнес-модель
- B2B2C модель
- Дата запуска
- 2008-07