AI nur and AI khan
ABB
AI-nur və AI-khan ABB Mobile-da süni intellekt əsaslı danışıq bankçılığı təcrübəsi yaradan rəqəmsal köməkçilərdir. Layihənin məqsədi müştərilərin bank xidmətlərinə çıxışını sadələşdirmək, tətbiq daxilində naviqasiyanı azaltmaq və daha rahat, fərdiləşdirilmiş rəqəmsal təcrübə yaratmaqdır. Assistentlər müştərilərlə mətn və səs vasitəsilə ünsiyyət qurur, sorğuları anlayır, fərdiləşdirilmiş cavablar təqdim edir və seçilmiş bank əməliyyatlarını birbaşa dialoq üzərindən həyata keçirməyə imkan verir. Müştərilər kart və hesab məlumatlarını əldə edə, köçürmələr həyata keçirə, kartları bloklaya və blokdan çıxara, ödənişlər edə, limitləri idarə edə və şəxsi maliyyə məlumatlarını analiz edə bilirlər. Platforma Azərbaycan, ingilis və rus dillərində həm mətn, həm də səs formatında işləyir.
- Номинация
- Частное AI-решение года
- Компания
- ABB
- Проект
- AI-nur and AI-khan AI-powered Conversational Banking Assistants
- Сфера
- FinTech / банки / страхование
- Стадия
- Работающий продукт
- AI-компонент
- Sistem istifadəçinin mətn və ya səs formatında göndərdiyi sorğuları analiz edir, niyyəti müəyyənləşdirir və kontekstə uyğun cavablar formalaşdırır. Həll generativ süni intellekt, böyük dil modelləri, RAG texnologiyası, səs texnologiyaları və ABB-nin bank sistemləri ilə inteqrasiyanı birləşdirir. Model bankın təsdiqlənmiş məlumat mənbələrindən istifadə etməklə cavabların dəqiqliyini artırır. Süni intellekt təbii dilin emalı, sorğuların anlaşılması, məlumat bazası ilə zənginləşdirilmiş cavablar, nitqin mətnə çevrilməsi, fərdiləşdirilmiş maliyyə məlumatlarının təqdimatı və ağıllı əməliyyat dəstəyi üçün istifadə olunur.
- Влияние / результаты
- 2026-cı ilin iyul ayına olan məlumata əsasən, AI-nur və AI-khan 359 300-dən çox istifadəçiyə çatıb, 5,5 milyon müştəri mesajını və 1,2 milyon söhbət sessiyasını emal edib. Hesabat dövründə gündəlik orta hesabla 21 600 aktiv istifadəçi həldən yararlanıb və 418 000 səsli müraciət mətnə çevrilib. İstifadəçilər 34 500-dən çox köçürmə, 10 800 kart bloklama, 6 800 kart blokdan çıxarma və 2 600 ödəniş əməliyyatını dialoq vasitəsilə tamamlayıblar. Həll 24/7 fəaliyyət göstərir və orta hesabla 3–6,2 saniyə ərzində cavab təqdim edir.
- Инновация
- Layihənin əsas innovativliyi generativ süni intellekt, böyük dil modelləri, RAG texnologiyası, səs imkanları və bank sistemləri ilə inteqrasiyanın vahid platformada birləşdirilməsidir. Klassik chatbotlardan fərqli olaraq AI-nur və AI-khan yalnız məlumat vermir, müştərinin real bank məlumatları əsasında fərdiləşdirilmiş cavablar təqdim edir, maliyyə məlumatlarını analiz edir və köçürmə, kart idarəetməsi və ödəniş kimi əməliyyatların birbaşa dialoq üzərindən icrasına imkan yaradır.
- Связь с Азербайджаном
- AI-nur və AI-khan ABB tərəfindən Azərbaycanda hazırlanmış süni intellekt əsaslı rəqəmsal bankçılıq həllidir. Layihənin konsepsiyası, məhsul dizaynı, texnoloji arxitekturası və bank sistemləri ilə inteqrasiyası ABB-nin daxili komandaları tərəfindən həyata keçirilib. Həll Azərbaycan bazarının xüsusiyyətləri və yerli istifadəçi ehtiyacları nəzərə alınaraq yaradılıb. Azərbaycan dilində gündəlik ifadələr, yerli bank terminologiyası və müştəri davranışları modelin optimallaşdırılması zamanı nəzərə alınıb.
- Команда
- 51+ человек
- Бизнес-модель
- B2C продукт
- Дата запуска
- 2026-03