SEO platform
SEObotly
Seobotly, bizneslərin və sayt sahiblərinin SEO sahəsində qarşılaşdığı əsas problemi həll edir: çoxsaylı məlumat və alətlər arasında hansı problemin həqiqətən vacib olduğunu anlamaq çətindir. Platforma saytı analiz edir, texniki və SEO problemlərini aşkar edir, prioritet düzəlişlər təqdim edir, açar söz və rəqib analizi aparır, kontent imkanlarını müəyyənləşdirir, trafik və görünürlük göstəricilərini izləyir. Süni intellekt isə istifadəçiyə məlumatları daha aydın anlamağa və düzgün addımlar atmağa kömək edir. Hədəf auditoriya sahibkarlar, marketoloqlar, developer və SEO komandaları, həmçinin böyük şirkətlərdir. Seobotly hazırda aktiv inkişaf mərhələsində olan SaaS platformasıdır və əsas funksionallığı artıq hazırlanıb. Layihənin tətbiqi daha çox biznesin Google və Aİ cavablarında görünməsinə, problemləri vaxtında aşkar etməsinə və nəticədə daha çox ziyarətçi və potensial müştəri qazanmasına kömək edir. Seobotly mürəkkəb SEO proseslərini vahid paneldə birləşdirərək praktik və ölçülə bilən nəticəyə fokuslandığı üçün nominasiyaya layiqdir.
- Номинация
- AI-стартап года
- Компания
- SEObotly
- Проект
- SEObotly
- Сфера
- MarTech / маркетинг / CRM / customer analytics
- Стадия
- Пилотное внедрение
- AI-компонент
- Aİ funksiyalarında hazır LLM texnologiyalarından istifadə edirik və onları əsas SEO sistemimizə inteqrasiya etmişik. Aİ əsasən audit nəticələrini izah etmək, səhifələr üçün tövsiyələr hazırlamaq, kontent ideyaları yaratmaq və istifadəçinin suallarını cavablandırmaq üçün istifadə olunur. Məhsulun əsasını isə bizim öz kraulerimiz, qayda əsaslı SEO yoxlamalarımız, mövqe izləmə və Aİ axtarış sistemlərində görünürlük analizləri təşkil edir. Aİ müştərinin saytında və ya hesabında özü dəyişiklik etmir — təqdim etdiyi nəticələr tövsiyə xarakterlidir və son qərarı istifadəçi verir. Müştəri məlumatları Aİ modelini öyrətmək üçün istifadə olunmur. Google Search Console və Analytics məlumatları yalnız oxuma icazəsi ilə qoşulur.
- Влияние / результаты
- Seobotly hazırda aktiv inkişaf və istifadə mərhələsində olan SaaS məhsuludur. Platforma saytların SEO vəziyyətini avtomatik analiz edir, texniki problemləri müəyyənləşdirir, açar söz və mövqe dəyişikliklərini izləyir, trafik məlumatlarını analiz edir və kontent imkanlarını göstərir. Əsas ölçülə bilən nəticə istifadəçinin aşkarlanan problemləri həll etdikdən sonra üzvi trafik və Google görünürlüğündə əldə etdiyi artımdır. Seobotly uzun və əl ilə hazırlanan SEO analizlərinin vaxtını azaltmaqla yanaşı, prioritet problemləri daha tez müəyyənləşdirməyə imkan verir. Platforma sahibkarlar, marketoloqlar, SEO mütəxəssisləri və şirkətlər tərəfindən istifadə üçün hazırlanıb. Praktik təsir isə yalnız hesabat verməklə məhdudlaşmır: istifadəçi problemi görür, tövsiyəni tətbiq edir və nəticəni sonrakı trafik və mövqe məlumatları ilə müqayisə edə bilir. Layihənin uzunmüddətli məqsədi Azərbaycandan qlobal bazara çıxan və SEO ilə Aİ texnologiyalarının istifadəsini daha əlçatan edən məhsul yaratmaqdır.
- Инновация
- Seobotly-nin əsas yeniliyi SEO məlumatlarını sadəcə göstərmək deyil, onları istifadəçi üçün konkret fəaliyyətə çevirməkdir. Mövcud SEO alətlərində çoxlu hesabat, rəqəm və problem siyahısı var. Bu məlumatların içindən hansının daha vacib olduğunu anlamaq və növbəti addımı seçmək isə xüsusilə kiçik komandalar və sahibkarlar üçün çətin ola bilər. Seobotly öz krauleri və qayda əsaslı yoxlamaları, Google məlumatları, açar söz və mövqe izləmə, rəqib analizi, kontent imkanları və Aİ əsaslı izahları vahid sistemdə birləşdirir. İstifadəçi yalnız problemi görmür, onun prioritetini və necə yanaşmalı olduğunu da anlayır. Digər fərq Aİ-nin məhsulun əsasını əvəz etməməsidir. Etibarlı SEO yoxlamaları öz texnologiyalarımızla aparılır, Aİ isə bu məlumatları daha anlaşılan və faydalı formaya gətirir. Bununla Seobotly həm texniki dəqiqliyi, həm də sadə istifadə təcrübəsini bir araya gətirir.
- Связь с Азербайджаном
- Seobotly Azərbaycanda yaradılan və inkişaf etdirilən texnoloji məhsuldur. Layihənin komandası Azərbaycandadır və məhsulun hazırlanması, texniki inkişafı və idarə olunması buradan həyata keçirilir. Seobotly əsasən qlobal bazarı hədəfləsə də, Azərbaycandakı sahibkarlar, marketoloqlar, SEO mütəxəssisləri və şirkətlər üçün də istifadə oluna bilən məhsuldur. Platformanın məqsədi Aİ və müasir SEO texnologiyalarını yerli mütəxəssislər üçün də əlçatan etmək və Azərbaycandan qlobal bazara rəqabət apara biləcək SaaS məhsulu yaratmaqdır. Layihə Azərbaycanın AI ekosisteminə praktik məhsul təcrübəsi qazandırır: Aİ texnologiyalarını real biznes probleminin həllinə tətbiq edir, yerli texniki komandanın bacarıqlarını inkişaf etdirir və Azərbaycandan beynəlxalq bazara yönəlmiş AI əsaslı məhsul nümunəsi yaradır.
- Команда
- 1–5 человек
- Бизнес-модель
- B2B SaaS / лицензирование
- Дата запуска
- 2026-09