AI-стартап годаОфициальный номинант

HR Maturity Index

DVLP Consulting MMC

Bir çox şirkətdə HR funksiyasının hansı səviyyədə olduğu və növbəti addımın nə olacağı aydın deyil: konsaltinq bahalı və yavaşdır, hazır sorğular isə ümumi nəticə verir. HR Maturity Index bu boşluğu doldurur. Şirkət 111 sualdan ibarət qiymətləndirməni 11 HR sahəsi üzrə cavablandırır (işə qəbul, təlim, mükafatlandırma və s.). Nəticələr 0–4 miqyaslı beş səviyyəli yetkinlik şkalasına köçürülür. Sistem hər sahə üzrə şirkətin cari vəziyyətini göstərir və yalnız növbəti səviyyəyə keçmək üçün nəyin qurulmalı olduğunu izah edir. Ayrıca, 6–12 aylıq fəaliyyət planı hazırlanır: hər strateji prioritet üçün ayrıca səhifə, iki mərhələ üzrə addımlar. Hədəf auditoriya: orta və böyük şirkətlərin rəhbərləri və HR komandaları. Platforma DVLP Consulting LLC tərəfindən hazırlanıb, canlı işləyir və ödənişli hesabat kimi təqdim olunur.

Номинация
AI-стартап года
Компания
DVLP Consulting MMC
Проект
HR Maturity Index
Сфера
HRTech / рекрутинг / управление персоналом
Стадия
Работающий продукт
AI-компонент
Hesabat generasiyası ayrıca AI xidməti (FastAPI) üzərində qurulub. Xidmət RAG yanaşması ilə işləyir: HR ədəbiyyatı korpusundan uyğun məlumat tapılır və şirkətin cavablarına əsasən dil modelinə ötürülür. Əsas model Google Gemini, ehtiyat model isə avtomatik keçid edilən Anthropic Claude-dur. Model hər sahə üzrə təhlil, prioritetlər və fəaliyyət planı mətnlərini yazır. Bal hesablaması və yetkinlik səviyyəsi isə AI ilə deyil, deterministik kodla müəyyən edilir, buna görə rəqəmlər sabit və təkrarlana biləndir. Nəticədə hazır PDF hesabat yaranır.
Влияние / результаты
10-a yaxın şirkət qeydiyyatdan keçib və hər birinə ətraflı hesabat təqdim olunub. Sentyabr ayının sonuna qədər soft-launch mərhələsi bitir və tam olaraq istismar mühitinə keçid edirik.
Инновация
Standart HR sorğuları yalnız ümumi bal verir. Burada fərq üç yerdədir: 1. Hesabat şirkətin cavablarına və HR ədəbiyyatına söykənən RAG ilə şəxsiləşdirilir. 2. Yol xəritəsi Advanced səviyyəyə "atlama" deyil, yalnız növbəti səviyyəyə real keçid üçün nəyin qurulmalı olduğunu göstərir. 3. Bal AI ilə deyil, kodla hesablanır, AI isə yalnız izahat və plan yazır, beləliklə model uydurması qiymətləndirməyə təsir etmir. İki AI provayderi arasında avtomatik ehtiyat keçid də işləkliyi qoruyur.
Связь с Азербайджаном
Layihə Bakıda qeydiyyatdan keçmiş DVLP Consulting LLC tərəfindən hazırlanıb. Platforma Azərbaycan bazarındakı şirkətlərin HR yetkinliyini ölçmək üçün nəzərdə tutulub, ödəniş yerli manatla, CIBPAY EPT vasitəsilə qəbul edilir.
Команда
1–5 человек
Бизнес-модель
Внутреннее корпоративное внедрение
Дата запуска
2026-08

← Все номинанты