Turana Dilavarzada
QALXAN Continuity kritik sistemlərdə yaranan kiber və əməliyyat pozuntularının bir-biri ilə bağlı aktivlər və biznes prosesləri boyunca necə yayıldığını modelləşdirən interaktiv qərar dəstəyi platformasıdır. Platformanın əsas yanaşması hadisəni yalnız ilkin nasazlıq kimi deyil, asılılıqlar şəbəkəsində yayılan zəncirvari təsir kimi qiymətləndirməkdir. İstifadəçi enerji itkisi, soyutma sisteminin dayanması və ERP xidmətinin kiber hadisə nəticəsində əlçatmaz olması kimi sintetik ssenarilər seçir, fərziyyələri dəyişir və nəticələrin sistem boyunca necə dəyişdiyini müqayisə edir. Model aktivlər arasındakı asılılıq qrafını analiz edərək təsir radiusunu, zəncir dərinliyini və bərpa ardıcıllığını hesablayır. Nəticələr tək bir rəqəm əvəzinə P10, P50 və P90 səviyyələrində təsir diapazonları ilə təqdim olunur. Bu yanaşma qərar verən şəxsin yalnız mümkün nəticəni deyil, qeyri müəyyənliyin ölçüsünü də görməsinə imkan verir. Bərpa prioriteti izah edilə bilən skor əsasında formalaşdırılır. Sistem hansı aktivin niyə daha əvvəl bərpa edilməli olduğunu onun asılılıq dərəcəsi, zəncirvari təsiri və əməliyyat əhəmiyyəti ilə əlaqələndirir. İctimai MVP sintetik Caspian Metal Works mühitində işləyir və real müəssisə məlumatlarından istifadə etmir. Demo modeldə 7 aktiv və 7 asılılıq mövcuddur. Miqyas sınağı 100 düyün və 281 əlaqə üzərində aparılıb. Daxili məntiq yoxlamasında 34 testin hamısı uğurla tamamlanıb. Bu nəticələr müstəqil validasiya deyil, işlək prototipin daxili texniki göstəriciləridir. Hesablama mühərriki deterministikdir. İnsan ssenarini və fərziyyələri müəyyən edir, sistem isə onların təsirini hesablaya və müqayisə edə bilən şəffaf analitik model təqdim edir. Canlı dil modeli və avtonom sənaye idarəetməsi istifadə olunmur.
- Номинация
- AI-креатор года
- Сфера
- Multiformat creator
- Стадия
- Сформированное портфолио / серия работ
- AI-компонент
- Yaradıcı prosesimdə süni intellekt ideyanın formalaşdırılmasından yekun vizual və audiovizual materialın hazırlanmasına qədər çoxmərhələli yaradıcı alət kimi istifadə olunur. ChatGPT vasitəsilə mövzu araşdırması, faktların strukturlaşdırılması, ssenari, səhnə ardıcıllığı, storyboard və promptların hazırlanması həyata keçirilir. Generativ vizual və video alətləri ilə tarixi, mədəni, maarifləndirici və konseptual səhnələr yaradılır. Ehtiyac olduqda süni səs, musiqi, hərəkət və vizual transformasiya imkanlarından istifadə edilir. AI tərəfindən yaradılan nəticələr avtomatik olaraq yekun məhsul kimi qəbul edilmir. Mövzu seçimi, konsept, faktların yoxlanması, səhnələrin seçilməsi, promptların təkmilləşdirilməsi, vizual ardıcıllıq, etik yanaşma və yekun redaktə insan tərəfindən idarə olunur. Tarixi və real şəxslərlə bağlı işlərdə faktla yaradıcı rekonstruksiya bir birindən ayrılır və yanlış məlumat yaradılmamasına xüsusi diqqət yetirilir. Məqsədim yalnız AI ilə şəkil və video yaratmaq deyil. Süni intellektdən istifadə edərək Azərbaycan mövzularını yeni vizual hekayəçilik, interaktiv təqdimat və rəqəmsal yaradıcı formatlara çevirməkdir.
- Связь с Азербайджаном
- Yaradıcılıq fəaliyyətimdə AI-ni insanı əvəz edən deyil, insan kapitalını gücləndirən vasitə kimi tətbiq edirəm. Məqsədim Azərbaycan üçün yerli və regional ehtiyaclara uyğun, araşdırmaya əsaslanan rəqəmsal konseptlər yaratmaqdır. AI vasitəsilə məlumat və xidmətlərə çıxışı asanlaşdırmaq, rəqəmsal bacarıqları dəstəkləmək, məhsuldarlığı artırmaq, vaxt və əməliyyat xərclərini azaltmaq, sahibkarlıq və innovasiya imkanlarını genişləndirmək mümkündür. Bu yanaşma sosial rifahın yüksəlməsinə, regionlararası rəqəmsal fərqlərin azalmasına və iqtisadi fəallığın genişlənməsinə töhfə verə bilər. Hər konsepti problem analizi, səbəb və təsir əlaqələri, istifadəçi ehtiyacları, ssenari modelləşdirilməsi və ölçülə bilən nəticələr əsasında qururam. AI isə araşdırmanı dərinləşdirən, alternativləri genişləndirən və ideyanı interaktiv prototipə çevirən texnoloji dəstək rolunu oynayır!
- Дата запуска
- 2026-09