Marketing Talks
Marketing Talks 2023-cü ildən fəaliyyət göstərən və marketinq, kommunikasiya, biznes və yeni texnologiyalar üzrə ekspertləri auditoriya ilə bir araya gətirən Azərbaycan dilli peşəkar youtube-media layihəsidir. Layihənin əsas məqsədi qlobal bilik və trendləri yerli bazarın reallıqları ilə əlaqələndirərək praktik və əlçatan peşəkar kontent yaratmaqdır. AI layihənin kontent hazırlığı və araşdırma mərhələsində dəstəkləyici alət kimi tətbiq olunur. Mövzular üzrə qlobal elmi və peşəkar məqalələr araşdırılır, AI alətlərindən istifadə etməklə həmin materiallardakı əsas məqamların strukturlaşdırılması və yerli bazara uyğun sualların formalaşdırılması dəstəklənir. Beləliklə, ekspertlərlə aparılan dialoq yalnız ümumi trend müzakirəsi ilə məhdudlaşmır, beynəlxalq biliklərin Azərbaycan bazarındakı tətbiq imkanlarına yönəlir. AI-dan həmçinin YouTube üçün daha informativ və peşəkar başlıqların formalaşdırılmasında və bəzi video coverlərinin hazırlanmasında istifadə edilmişdir. Layihə çərçivəsində süni intellektin marketinq, kommunikasiya, biznes və digər sahələrə təsiri də müxtəlif ekspertlərlə müzakirə olunmuşdur. Marketing Talks-un fərqləndirici tərəfi AI-dan sadəcə kontent generasiyası üçün deyil, peşəkar biliklərin araşdırılması, strukturlaşdırılması və yerli kontekstə uyğunlaşdırılması prosesində istifadə etməsidir.
- Номинация
- AI-креатор года
- Сфера
- Podcast / audio creator
- Стадия
- Профессиональный creator brand / медиа-проект
- AI-компонент
- Marketing Talks-da süni intellekt əsasən mövzu araşdırması, peşəkar məlumatların strukturlaşdırılması və müsahibə suallarının hazırlanması prosesində dəstəkləyici alət kimi istifadə olunur. Mövzuların hazırlanması zamanı qlobal elmi və peşəkar məqalələr, beynəlxalq araşdırmalar və aktual trendlər araşdırılır. AI alətlərindən bu materiallarda əsas məqamların müəyyənləşdirilməsi, məlumatların strukturlaşdırılması və araşdırmadan əldə olunan insight-ların sistemləşdirilməsi üçün istifadə edilir. Xüsusilə müsahibə suallarının hazırlanmasında AI vasitəsilə elmi məqalə və peşəkar araşdırmalardan əldə olunan əsas fikirlər Azərbaycan bazarının reallıqları ilə əlaqələndirilir və ekspertlə müzakirəyə çıxarıla biləcək sualların formalaşdırılması dəstəklənir. Burada yekun sualların və məzmunun müəyyənləşdirilməsində insan redaktəsi və ekspert baxışı əsas rol oynayır. AI-dan həmçinin YouTube üçün mövzuya və auditoriyaya uyğun daha informativ başlıqların formalaşdırılmasında, eləcə də bəzi video coverlərinin hazırlanmasında istifadə edilmişdir. Beləliklə, AI Marketing Talks-da insan yaradıcılığını əvəz edən deyil, qlobal biliklərin araşdırılması, strukturlaşdırılması və Azərbaycan auditoriyası üçün lokal kontekstə uyğunlaşdırılmasını dəstəkləyən yaradıcı və analitik vasitə kimi tətbiq olunur.
- Связь с Азербайджаном
- Marketing Talks Azərbaycanda süni intellekt mövzusunun peşəkar və ictimai müzakirəsinə töhfə verir. Layihə çərçivəsində AI-nin marketinq, biznes, kommunikasiya və yaradıcı sahələrə təsiri müxtəlif ekspertlərlə müzakirə edilərək bu mövzuların yerli peşəkar auditoriya üçün əlçatan olmasına şərait yaradılır. Qlobal elmi və peşəkar araşdırmaların yerli bazar kontekstində müzakirəyə gətirilməsi AI üzrə bilik və məlumatlılığın artırılmasına xidmət edir. Marketing Talks eyni zamanda AI sahəsində çalışan və ya bu mövzu üzrə ekspertizası olan şəxslər üçün öz bilik və yanaşmalarını Azərbaycan auditoriyası ilə bölüşmək üçün media platforması yaradır.
- Дата запуска
- 2023-11