MİQYAS
MIQYAS Bakıda yaşayış layihələri hazırlayan developer və investorlara daha məlumatlı qərar verməyə kömək edən AI əsaslı development & sales intelligence platformasıdır. Problem ondadır ki, yeni yaşayış layihələrində rəqib analizi, mənzil mix-i, qiymətləmə və satış tempi kimi qərarlar çox vaxt parçalanmış bazar məlumatları, manual analiz və subyektiv ekspert fikri əsasında verilir. Bu isə yanlış məhsul konfiqurasiyası, uyğun olmayan qiymət və zəif satış tempi riskini artırır. MIQYAS bu prosesi iki məhsulla sistemləşdirir. “Development Intelligence” layihə başlamazdan əvvəl lokasiya və layihə parametrlərini bazar məlumatları ilə müqayisə edir, rəqibləri və tələb amillərini təhlil edir, optimal mənzil mix-i və vahid ölçülərini təklif edir, otaq və mərtəbə üzrə qiymət diapazonları, absorbsiya proqnozu və stress-senarilər yaradır. “Sales Intelligence” isə satışdan sonra satış sürətini, qiymət reaksiyasını və alıcı profilini izləyərək qiymət, məhsul mix-i və marketinq fokusuna dair yenilənən tövsiyələr verir. Əsas auditoriya Bakıda yaşayış kompleksləri inşa edən developer şirkətlər və daşınmaz əmlak investisiya komandalarıdır. Hazırda MIQYAS MVP/prototip mərhələsindədir: ilkin platforma hazırlanıb, açıq elan məlumatlarının toplanması və emalı qurulub, əsas analitik və AI/ML modulları üzərində iş aparılır. İlkin fokus Bakı bazarıdır.
- Номинация
- AI-стартап года
- Компания
- MİQYAS
- Проект
- Urban Development Intelligence
- Сфера
- PropTech / недвижимость / smart buildings
- Стадия
- MVP
- AI-компонент
- MIQYAS-da süni intellekt məhsulun əsas qərarvermə mühərrikidir. Sistem Bakıda yaşayış layihələri və elanlardan toplanan məlumatları (lokasiya, m², otaq, mərtəbə, qiymət, layihə xüsusiyyətləri və s.) təmizləyir, deduplikasiya edir, geokodlaşdırır və model feature-lərinə çevirir. 1. Pricing Engine: CatBoost-XGBoost gradient-boosting modelləri lokasiya, mənzil və bazar xüsusiyyətlərinə əsasən m² və vahid üzrə bazar qiyməti intervalını proqnozlaşdırır. PostGIS məkan feature-ləri metro, məktəb, biznes mərkəzi və rəqib layihələrə yaxınlığı nəzərə alır: SHAP proqnozun əsas səbəblərini izah edir. 2. Demand & Absorption: tarixi elan-satış siqnalları və qiymət dəyişiklikləri üzrə time-series və survival time-to-sale yanaşmaları aylıq satış sürətini və müxtəlif qiymət ssenarilərində absorbsiya müddətini hesablayır. 3. Micro-market intelligence: clustering modelləri oxşar layihələri qiymət, lokasiya və məhsul tipi üzrə qruplaşdırır, anomal qiymətləndirmələri aşkarlayır. 4. Apartment Mix Optimizer: ML tələb proqnozları məhdudiyyətli optimizasiya ilə birləşdirilərək 1-2-3 otaqlı mənzillərin, sahələrin və qiymət pillələrinin gəlir–satış sürəti balansı optimallaşdırılır. LLM komponenti nəticələri developer üçün strukturlaşdırılmış hesabat və “what-if” ssenari izahlarına çevirir: kritik kommersiya qərarı insan təsdiqindən keçir. Modellər MAE/MAPE, backtesting və out-of-sample validation ilə yoxlanılır, data quality və model drift monitorinq olunur. MIQYAS xam bazar məlumatını izah olunan və ölçülə bilən development qərarına çevirən AI qərar dəstəyi platformasıdır.
- Влияние / результаты
- MIQYAS-ın ilkin nəticəsi daşınmaz əmlak developerləri üçün parçalanmış bazar məlumatlarını vahid, qərarverməyə hazır analitik sistemə çevirməsidir. Hazır MVP-də iki əsas məhsul axını qurulub: Development Intelligence – layihə başlamazdan əvvəl lokasiya, rəqib layihələr, qiymət səviyyələri, mənzil strukturu və bazar mövqelənməsini analiz edir: Sales Intelligence isə layihə satışa çıxdıqdan sonra qiymət, elan, mövcudluq və rəqib dinamikasını davamlı izləyir. Sistem açıq mənbələrdən məlumatların toplanması, təmizlənməsi, obyekt və layihələrin uyğunlaşdırılması, geo-məkan analitikası və AI əsaslı strukturlaşdırmanı bir pipeline-da birləşdirir. Bununla manual olaraq müxtəlif elan saytları, xəritələr və rəqib layihələr üzrə aparılan araşdırmanın əhəmiyyətli hissəsi avtomatlaşdırılır və nəticə vahid dashboard-report formatına gətirilir. Pilot mərhələsində əsas ölçülən KPI-larımız: analizə sərf olunan vaxtın azalması, bir layihə üzrə izlənən rəqib və elan sayı, məlumat yenilənmə tezliyi, qiymət dəyişikliklərinin aşkarlanma müddəti, model tərəfindən yaradılan insight-ların dəqiqliyi və developer tərəfindən qəbul edilən qərarlarda istifadə faizi olacaq. Kommersiya tərəfdə isə layihəbaşına gəlir, aylıq Sales Intelligence abunəliyi, müştəri saxlama göstəricisi və developer başına genişlənən layihə sayı izlənəcək. MIQYAS-ın əsas təsiri developerlərin milyonlarla manatlıq tikinti qərarlarını
- Инновация
- MIQYAS Azərbaycanda yaşayış daşınmaz əmlakında qərarverməni elan axtarışından davamlı data intelligence səviyyəsinə keçirir. Mövcud həllər əsasən ya elan göstərir, ya da birdəfəlik bazar hesabatı verir. MIQYAS isə açıq mənbələrdəki parçalanmış məlumatı AI ilə strukturlaşdırıb layihə səviyyəsində qərar mühərrikinə çevirir. NLP və entity resolution eyni layihəyə aid fərqli yazılışları birləşdirir, geospatial analysis mikrolokasiya və rəqib setini qurur, ML modelləri qiymət və təklif dinamikasını, anomaliyaları və estimated absorption siqnallarını analiz edir. Hər yeni data snapshot-u zaman sırasına çevrildiyi üçün sistem yalnız bugünkü bazarı göstərmir, bazarın dəyişimini öyrənən proprietar məlumat bazası yaradır. Development Intelligence layihə başlamazdan əvvəl qiymət koridoru, rəqib xəritəsi, təklif boşluqları və ssenari analizi verir. Sales Intelligence launch-dan sonra qiymət, mövcudluq və rəqib dəyişikliklərini izləyir. Fərqimiz dashboard deyil, closed-loop qərar sistemidir: data toplama, AI təmizləmə, modelləşdirmə, proqnoz və monitorinq eyni məhsulda birləşir. MIQYAS özəl dövlət datasına söykənmir, müşahidə edilən siqnalları istifadə edir və təxminləri şəffaf göstərir.
- Связь с Азербайджаном
- MIQYAS Azərbaycanda yaradılan və ilk mərhələdə Bakı yaşayış daşınmaz əmlak bazarına fokuslanan B2B AI qərar dəstəyi platformasıdır. Komanda maliyyə, bazar modelləşdirilməsi, məlumat toplama və AI proqramlaşdırma bacarıqlarını birləşdirir. Əsas auditoriyamız developer şirkətlər, investorlar, konsultantlar və maliyyə qurumlarıdır. MIQYAS açıq və etik mənbələrdən alınan elan, layihə, qiymət və lokasiya məlumatlarını strukturlaşdırır. Development Intelligence layihə başlamazdan əvvəl qiymət, rəqib, lokasiya və məhsul mövqeləndirməsini, Sales Intelligence isə satışdan sonra bazar və rəqib dinamikasını analiz edir. Məqsədimiz parçalanmış daşınmaz əmlak məlumatlarını AI üçün istifadəyə yararlı data qatına çevirmək, developer qərarlarını ölçülə bilən siqnallarla dəstəkləmək və Azərbaycanın PropTech və AI ekosistemindən regional bazarlara çıxarıla bilən qərar analitikası məhsulu yaratmaqdır.
- Команда
- 1–5 человек
- Бизнес-модель
- B2B SaaS / лицензирование
- Дата запуска
- 2026-09