Nüfuz
Yerli istedadları və uğurlu layihələri tanıtmaqla, onları geniş auditoriyaya təqdim edirik.
Milli Süni İntellekt Mükafatı
, JW Marriott Absheron Baku, Şərq Zalı
ZƏKA — Azərbaycanda süni intellekt sahəsində innovasiyaları və nailiyyətləri tanıyan ilk və prestijli Milli Mükafatdır. Biz süni zəka texnologiyalarının inkişafına töhfə verən layihələri, komandaları və lidərləri qiymətləndiririk.
Yerli istedadları və uğurlu layihələri tanıtmaqla, onları geniş auditoriyaya təqdim edirik.
Yeni əməkdaşlıq imkanları yaradır və layihələrin miqyasını böyütməyə kömək edirik.
Süni zəkaya töhfə verən mütəxəssislərin və layihələrin uğurlarını əbədiləşdiririk.
ZƏKA — Azərbaycanın texnologiya sektorunda süni zəka istiqamətini prioritetləşdirən və bu sahədəki nailiyyətləri qeyd edən ixtisaslaşmış mükafatdır.
Ölkəmizdə fəaliyyət göstərən istedadlı Sİ mühəndisləri, robototexnikləri, data alimlərini və texnologiya şirkətlərini bir araya gətirərək, onların əməyini layiqincə qiymətləndirib, cəmiyyətə tanıtdırırıq. Məqsədimiz innovasiyaları dəstəkləmək və ölkəmizdə süni intellekt ekosisteminin inkişafına kömək etməkdir.
Hər il müxtəlif nominasiyalarda yaxşı Sİ layihələri və liderlər tanınır və mükafatlandırılır.
Münsiflər Heyətinin qiymətləndirməsi: 08 — 12 oktyabr 2026.
ZƏKA mükafatı beş əsas nominasiyada verilir. Hər nominasiya AI texnologiyalarının müxtəlif sahələrdə tətbiqini və inkişafını əks etdirir.
Dövlət xidmətlərinin keyfiyyəti, vətəndaşlara təsir, texnoloji innovasiya və effektivlik.
Kommersiya nəticələri, innovativlik, bazara təsir və texnoloji üstünlük.
İnnovasiya potensialı, komanda, bazar perspektivləri və investisiya cəlbetmə.
Kreativ məzmun, AI alətlərindən istifadə, orijinallıq və ictimaiyyətə təsir.
Redaksiya heyətinin seçimi, AI sahəsinə xüsusi töhfə və yenilikçi yanaşma.
Mükafat münsiflər heyətinə süni intellektin inkişafı, tətbiqi, texnoloji sahəsində praktik təcrübəyə və geniş biliyə malik təcrübəli rəhbərlər, sənaye liderləri daxildir.






















ZƏKA-nın final mərhələsində ayrıca 5 nəfərlik Ekspertlər Şurası fəaliyyət göstərəcək. Şura yalnız C-level rəhbərlərdən və süni intellekt, texnologiya, innovasiya və strateji idarəetmə sahələrində yüksək reputasiyaya malik şəxslərdən formalaşdırılır. Onların əsas rolu ictimai səsvermə nəticələrini, Münsiflər Heyətinin qiymətləndirməsini və nominantların real təsirini nəzərə alaraq hər nominasiya üzrə qalibi müəyyənləşdirməkdir.
Ekspertlər Şurasının tərkibi seçim prosesinin obyektivliyini qorumaq və iştirakçılarla hər hansı təsir imkanını minimuma endirmək üçün stealth formatında saxlanılır. Şura üzvlərinin adları final mərhələsinə yaxın və ya mükafatlandırma mərasimində rəsmi şəkildə açıqlanacaq.