İlin AI StartapıRəsmi nominant

Kitabcam AI

Kitabcam

Azərbaycanda müəllimlərin əsas problemi bürokratik işlər və sənədləşməyə həddindən artıq vaxt xərcləmələridir. Kitabcam bu problemi həll edən vahid "Teacher OS" (Müəllim İdarəetmə Sistemi) kimi fəaliyyət göstərir. Hədəf auditoriyamız dövlət və özəl sektor müəllimləri, həmçinin tədris mərkəzləridir. Hazırda MVP mərhələsində olan və 350-dən çox müəllimin qeydiyyatdan keçdiyi sistem, tədris prosesini oyunlaşdırılmış şagird paneli və valideynlər üçün "Şəffaf Dəftər" modulu ilə tam rəqəmsallaşdırır Lütfi Zadə Texnologiya Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində test edilən bu layihə, süni intellektin yerli təhsil ekosisteminə inteqrasiyasını sadələşdirdiyi üçün bu nominasiyaya layiqdir.

Nominasiya
İlin AI Startapı
Şirkət
Kitabcam
Layihə
Kitabcam AI Asistan
Sahə
EdTech / образование
Mərhələ
Работающий продукт
AI komponenti
Layihə 9 fərqli AI modulu üzərində işləyir Əsas komponentlər: "Smart Document Analyzer" vasitəsilə PDF/Word sənədlərindən vizual/mətn analizi ilə pedaqoji xülasələrin çıxarılması və "Lesson Planner" ilə kurikuluma uyğun dərs planlarının avtomatik generasiyasıdır. Texniki arxitektura LLM provayderlərinin çökmə riskinə qarşı "Failover" (qəza keçidi) sistemi ilə təchiz olunub (məsələn, Gemini API-də xəta olduqda avtomatik OpenAI-a keçid edilir). Bütün AI sorğuları serveri bloklamamaq üçün "SQL-Backed AI Job Queue" mexanizmi və asinxron arxa plan işçiləri (worker) vasitəsilə idarə olunur
Təsir / nəticələr
Hazırda sistemdə 350-dən çox qeydiyyatdan keçmiş istifadəçi (müəllim) var və istifadəçi aktivləşdirmə mərhələsi davam edir. Rəqəmsal testlərimiz göstərir ki, ənənəvi üsulla saatlar çəkən KSQ/BSQ hazırlanması və dərs planlaması prosesi AI modullarımız sayəsində saniyələrə qədər enir. Bu metrika, müəllimlərin pedaqoji fəaliyyətə daha çox, kağız işinə isə minimum vaxt ayırmasını sübut edir.
İnnovasiya
Ənənəvi LMS platformalarından fərqli olaraq Kitabcam passiv məlumat bazası deyil, aktiv süni intellekt asistanıdır. Ən böyük innovasiyamız müəllimləri mürəkkəb süni intellekt əmrləri yazmağa məcbur etməməyimizdir. Onlar heç bir texniki bilik tələb olunmadan, sadəcə bir neçə kliklə Təhsil İnstitutunun kurikulumuna tam uyğun dərs planları və sınaqlar yarada bilirlər. Digər fərqləndirici xüsusiyyətimiz istifadəçiyə çox yaxın və çevik komanda olmağımızdır. Müəllimlərdən gələn rəylər və yeni ideyalar anında dəyərləndirilir və həftələr yox, günlər ərzində kodlaşdırılaraq sürətlə sistemə inteqrasiya olunur. Texniki baxımdan isə sistemin mikroservislər əvəzinə tam izolyasiya edilmiş modulyar monolit arxitekturasında qurulması şəbəkə gecikmələrini sıfıra endirərək misilsiz sürət təmin edir.
Azərbaycanla əlaqə
Layihə tamamilə Azərbaycan bazarı və yerli təhsil sistemi üçün dizayn edilib. ARTİ kurikulumuna uyğunlaşdırılan sistem, yerli mütəxəssis tərəfindən (solopreneur) sıfırdan kodlaşdırılmışdır və Lütfi Zadə Texnologiya Mərkəzi kimi yerli innovasiya qovşaqları ilə birbaşa əməkdaşlıq çərçivəsində inkişaf etdirilir.
Komanda
1–5 человек
Biznes modeli
B2B2C модель
İşə başlama tarixi
2026-06

← Bütün nominantlar