AI Student Inkisaf Yolu
AI Student
AI Student Inkisaf Yolu ibtidai sinif şagirdlərinin maraqlarını, motivasiyasını və emosional vəziyyətində baş verən dəyişiklikləri daha erkən görməyə kömək etmək üçün yaradılan AI əsaslı təhsil platformasıdır. Məktəbdə müəllimin hər bir şagirdin maraq və emosional dəyişikliklərini davamlı şəkildə fərdi olaraq izləməsi çətin ola bilər. Platforma bu prosesi daha sistemli və ölçülə bilən etməyi hədəfləyir. Şagird yaşına uyğun qısa sorğunu tamamlayır, sistem cavabları analiz və strukturlaşdırır, müəllim isə nəticələri, inkişaf istiqamətlərini və zaman üzrə dəyişiklikləri görə bilir. Sistem uşağın gələcəyini onun əvəzinə seçmir və tibbi və ya psixoloji diaqnoz qoymur. Məqsəd müəllimi əvəz etmək deyil, müəllimə şagirdi daha yaxşı tanımaq üçün əlavə məlumat və dəstək verməkdir. Hazırda məhsulun dizaynı və əsas istifadə ssenariləri hazırlanıb, frontend və backend komandası işlək MVP üzərində çalışır. İlk mərhələ 1-ci sinfə fokuslanır, növbəti mərhələdə 2–4-cü siniflər üçün yaşa uyğun sorğuların əlavə edilməsi nəzərdə tutulur. Layihə gələcəkdə məktəblərdə tətbiq edilə bilən və genişləndirilə bilən rəqəmsal həll kimi hazırlanır.
- Nominasiya
- İlin AI Startapı
- Şirkət
- AI Student
- Layihə
- AI Student Inkisaf Yolu
- Sahə
- EdTech / образование
- Mərhələ
- Идея / прототип
- AI komponenti
- AI komponenti şagirdin yaşına uyğun sorğu cavablarının strukturlaşdırılması və məzmun baxımından analiz edilməsi üçün nəzərdə tutulur. Sistem cavablardan maraq istiqamətləri, motivasiya ilə bağlı göstəricilər və emosional vəziyyətdə mümkün dəyişikliklər haqqında müəllim üçün anlaşılan nəticələr formalaşdırır. AI müxtəlif cavablar arasındakı əlaqələri və zaman üzrə dəyişiklikləri müqayisə edərək müəllimin diqqət yetirə biləcəyi məqamları ümumiləşdirir. Nəticə müəllim üçün dəstək vasitəsidir və yekun qərar AI tərəfindən verilmir. Müəllim nəticələri öz müşahidələri və şagird haqqında bildiyi kontekstlə birlikdə qiymətləndirir. Sistem diaqnoz qoymaq və ya uşağın gələcək peşəsini avtomatik müəyyən etmək üçün nəzərdə tutulmayıb. Hazırda AI funksiyalarının işlək MVP-yə inteqrasiyası development mərhələsindədir.
- Təsir / nəticələr
- Layihə hazırda MVP hazırlanması mərhələsində olduğu üçün real məktəb istifadəsi üzrə yekun statistik nəticələr hələ formalaşmayıb. Məhsul modeli, istifadəçi ssenariləri və UI/UX dizaynı hazırlanıb, hazırda frontend və backend development davam edir. MVP-də 1-ci sinif şagirdləri üçün 12 sualdan ibarət yaşa uyğun sorğu, şagird profili, AI əsaslı nəticə, müəllim qeydləri və analiz tarixçəsi nəzərdə tutulur. Növbəti mərhələdə sistem 2–4-cü siniflərə genişləndiriləcək və pilot tətbiq vasitəsilə istifadə, nəticə və təsir göstəricilərinin ölçülməsi planlaşdırılır.
- İnnovasiya
- AI Student adi elektron sorğu və ya test sistemi deyil. Platformanın əsas fərqi şagirdin tək bir nəticəsini deyil, maraq, motivasiya və emosional vəziyyətindəki dəyişiklikləri zamanla izləməyi hədəfləməsidir. Sorğular uşağın yaşına uyğunlaşdırılır və AI cavabları müəllim üçün anlaşılan inkişaf mənzərəsinə çevirir. Sistem uşağın yerinə qərar vermir və diaqnoz qoymur AI müəllimin müşahidəsini tamamlayan dəstək vasitəsi kimi işləyir. Məhsulun məktəb mühitinə, ibtidai sinif şagirdlərinə və Azərbaycan təhsil kontekstinə uyğun hazırlanması onun əsas fərqləndirici xüsusiyyətlərindəndir.
- Azərbaycanla əlaqə
- AI Student Azərbaycanda yaradılan və ilk növbədə Azərbaycan məktəbləri üçün nəzərdə tutulan AI əsaslı təhsil layihəsidir. Məhsul yerli məktəb mühiti, müəllimlərin iş prosesi və ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq hazırlanır. Komandada Product Owner, UI/UX dizayner, frontend və backend developerlər iştirak edir. Məqsəd Azərbaycanda süni intellektin təhsildə insanı əvəz edən deyil, müəllimə və şagirdin inkişafına dəstək verən təhlükəsiz və praktik tətbiq nümunəsini yaratmaqdır.
- Komanda
- 1–5 человек
- Biznes modeli
- B2B SaaS / лицензирование
- İşə başlama tarixi
- 2026-08