İlin Özəl AI HəlliRəsmi nominant

Chewick Pay Smart Payment Platform

Chewick Solution MMC

Ənənəvi checkout modeli alıcı, ödəyici və təsdiqləyicinin eyni şəxs və eyni məkanda olduğunu fərz edir. Ailə ödənişlərində (uşaq/tələbə alış-veriş edir, valideyn ödəyir), korporativ approval-larda (işçi sifariş yaradır, menecer büdcəni idarə edir) və uzaqdan ticarətdə bu fərziyyə pozulur — nəticədə əl ilə köçürmə, ödəniş linkləri, telefon zəngləri və itirilmiş satışlar yaranır. Chewick bu problemi ödəniş yaradılması ilə ödəniş təsdiqini ayıraraq həll edir: satıcı POS-da və ya dashboard-da ödəniş yaradır, sorğu kod, link, SMS və ya sosial kanal vasitəsilə göndərilir, ödəyici Chewick mobil tətbiqindən istənilən yerdən təsdiqləyir, lisenziyalı ödəniş partnyoru əməliyyatı emal edir. Hədəf auditoriya: ailə ödənişləri, korporativ approval strukturları, restoran/pərakəndə/marketplace satıcıları. Model B2B və B2B2C axınlarını dəstəkləyir — Remote Pay, POS + Remote, Split Payment kimi rejimlərlə.

Nominasiya
İlin Özəl AI Həlli
Şirkət
Chewick Solution MMC
Layihə
Chewick Pay
Sahə
FinTech / банки / страхование
Mərhələ
Работающий продукт
AI komponenti
Chewick-in arxa tərəfində AI komponenti ödəniş metodunu tanıyaraq işləyir: ödəniş həyata keçirilən zaman sistem istifadə olunan ödəniş vasitəsini (kart, hesab və s.) avtomatik müəyyənləşdirir və əməliyyatı ən əlverişli faiz dərəcəsi ilə keçirən marşrutu seçir. Beləliklə, satıcı və ödəyici üçün hər əməliyyatda əl ilə seçim etmədən optimal xərc təmin olunur. Bu, sadə qayda-əsaslı marşrutlaşdırma deyil sistem müxtəlif ödəniş kanalları arasında dinamik qərar qəbul edir və prosesi avtomatlaşdırır, insan iştirakı yalnız istisna hallarda tələb olunur.
Təsir / nəticələr
Chewick mayıs 2026-dan bəri müştərilərin istifadəsindədir və bu müddət ərzində ölçülə bilən real nəticələr göstərib: təxminən otuz min dollar həcmində ödəniş emal edilib, iyirmi min dollar quraşdırma gəliri əldə olunub, yüzdən çox mobil tətbiq istifadəçisi qeydiyyatdan keçib, altı canlı partnyor (MyLift, Coffeebar, Hara, Aviadesk, Freeshop, Gezoba) ilə işləyir və səkkiz əlavə müştəri müqavilə mərhələsindədir. iiko POS sistemi ilə inteqrasiya artıq real əməliyyatlarda istifadə olunur, bu da məhsulun sınaq deyil, işlək infrastruktur olduğunu göstərir. Uzunmüddətli təsir baxımından Chewick Azərbaycanın əlli səkkiz nöqtə üç milyard dollar həcmindəki ümumi nağdsız ödəniş bazarında on yeddi nöqtə bir milyard dollarlıq xidmət edilə bilən seqmentə (pərakəndə, elektron ticarət, xidmətlər) yönəlib və illik yüz milyon dollarlıq real emal həcmi hədəfləyir. Üç illik proqnoz birinci ildə əlli milyon dollar, ikinci ildə beş yüz milyon dollar, üçüncü ildə bir milyard dollar emal həcminə çatmağı, səksən merchant-dan üç yüzdən çox merchant-a qədər genişlənməklə birlikdə nəzərdə tutur — bütün bunlar heç bir xarici investisiya almadan, tamamilə öz gəliri və resursları ilə əldə edilib.
İnnovasiya
Chewick nə ənənəvi POS terminaldır, nə ödəniş linki, nə QR ödəniş, nə də rəqəmsal pul kisəsi. Fərqi ikiqatdır: birincisi, ödəniş yaradılması ilə təsdiqi arasında ayrı avtorizasiya qatı yaradır — ödəyici fiziki iştirak etmədən uzaqdan təsdiq verə bilir, sorğunu yaradan şəxslə ödəyən şəxs ayrıla bilir (valideyn-övlad, menecer-işçi), və eyni model həm mağazada, həm onlayn, həm uzaqdan işləyir. İkincisi, arxa tərəfdə AI komponenti hər əməliyyatda ödəniş vasitəsini tanıyıb ən əlverişli faiz dərəcəsi ilə marşrutlaşdırır — bu, sadəcə ödəniş keçirmə deyil, ağıllı, avtomatlaşdırılmış qərar qəbuletmədir. Bundan əlavə, bir hesabın bir neçə ödəyici arasında bölünüb hər birinin öz hissəsini ayrıca təsdiqləməsi (split payment) də mövcud analoqlarda yoxdur və ya qismən mövcuddur. Bu funksiyaların kombinasiyası Chewick-i Azərbaycan bazarında fərqli mövqeyə qoyur.
Azərbaycanla əlaqə
Chewick tamamilə Azərbaycandan yaranmış komanda tərəfindən qurulub və hazırda əsas fəaliyyəti Azərbaycan bazarına yönəlib. Komanda bank/fintech sahəsində 10+ illik təcrübəyə malikdir və məhsulu daxili resurslarla, kapital-səmərəli şəkildə (usd 50K investisiya ilə) inkişaf etdirib. Chewick artıq yerli satıcılarla (MyLift, Coffeebar, Hara, Aviadesk, Freeshop, Gezoba) canlı işləyir və yerli iiko POS sistemi ilə inteqrasiya edib. Genişlənmə planı da regional yanaşmanı əks etdirir: Azərbaycandan başlayaraq Gürcüstan, Qazaxıstan və Özbəkistana, sonra isə MENA/Körfəz bazarlarına doğru.
Komanda
6–15 человек
Biznes modeli
B2B2C модель
İşə başlama tarixi
2026-05

← Bütün nominantlar